Mübahilə hadisəsi Məhəmməd peyğəmbərin (s) zamanında o həzrətlə xristian alimləri və keşişləri arasında baş verən bir olaydır. Bu hadisə dünyada ən ülvi həqiqətin islam və əhli-beyt olduğunu ortaya qoyub.
Operativ.tv İnterAz-a istinadən xəbər verir ki, hicri-qəməri tarixi ilə bu gün zilhiccə ayının 24-ə Mübahilə gününə təsadüf edir.
Bu hadisə o zaman baş verdi ki, Məhəmməd peyğəmbərlə (s) xristian alimləri və keşişlərinin elmi mübahisəsi ikinci tərəfin təəssübkeşliyi üzündən nəticəsiz qaldı. Bu zaman mütəal Allah tərəfindən peyğəmbərə belə bir əmr gəlir:
“(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: Allahın lənəti yalancılara olsun.” (Ali-Imran 61)
Allahın əmri gəldi. Səhəri gün Məhəmməd peyğəmbər (s) həmin ayədə deyilən uşaqları, qadınları və "özü"nü götürüb mübahilə etmək üçün Mədinədən kənarda yerləşən səhraya yollandı.
Bütün əhli-sünnə müfəssirləri yazır ki, səhəri gün Məhəmməd (s) nəvələri Həsənlə Hüseyni (ə), qızı Fatiməni (s.ə) və kürəkəni Əlini (ə) özü ilə gətirdi.
Beləcə peyğəmbər göstərdi ki Allahın "uşaqlarınız", "qadınlarınız" və "özünüz" buyurduğu kəslər kimlərdən ibarətdir.
Mübahiləyə əsasən hər iki tərəf yalançıya və həqiqəti qəbul etməyən təəssübkeşlərə lənət oxumalı və Allahdan həmən yalançıya əzab istəməli idilər.
Xristian keşişlər və alimləri Məhəmməd peyğəmbəri (s) qoşunu və ilə deyil, təkcə ailəsi ilə gəldiyini gördükdə təşvişə və heyrətə düşdülər.
Zəməxşəri Kəşşaf təfsirində hadisənin davamını belə yazmışdır: "Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.
Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.
Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz. Buna görə də onlar Peyğəmbərə (s) dedilər: Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə"
Bu gün “Mübahilə” gününüdür