Gələn il üçün bəzi dövlət qurumlarına ötən illə müqayisədə daha çox vəsait ayrılıb.
2020-ci il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn ilin büdcəsindən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Qaçqınkom) 4 259 852 manat vəsait ayrılıb. Bu məbləğ 2019-cu illə müqayisədə 1 608 601 manat və ya 160 faiz çoxdur.
Həmçinin, büdcə zərfinə əsasən 2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən 2 830 105 manat pul ayrılacaq. Bu da 2019-cu illə müqayisədə 156 faiz, yəni 1 014 206 manat çoxdur.
Bundan əlavə, dünyanın nüfuzlu televiziya kanallarında, informasiya portallarında Azərbaycan mədəniyyətinin təbliği üçün verilişlərin, reklam çarxlarının hazırlanması və yayımlanması ilə bağlı əlavə vəsait ayrılır. Bu məbləğdən Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirəcəyi layihələr üçün 5 718 240 manat əlavə vəsait nəzərdə tutulub.
"Qaçqınkom" və Diaspor Komitəsinə ayrılan vəsait ARTIRILDI

Oxşar xəbərlər