Paşinyan BMT-də Dağlıq Qarabağdan danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 25-i Nyu-Yorkda, BMT Baş Məclisinin iclasında Dağlıq Qarabağ münaqişəsindən danışıb. 
 
Novator.az-ın məlumatına görə, o, Azərbaycanı Qarabağ məsələsində güzəştə getməməkdə, qisas almaq niyyəti ilə davranmaqda ittiham edib.
 
Nikol Paşinyan qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağı sovet dövründə olduğu statusa qaytarmaq istəyir, amma bu cəhdlər əbəsdir.
 
Azərbaycanı Dağlıq Qarabağla danışıqlar aparmaqdan imtinada günahlandıran baş nazir prezident İlham Əliyevi onun təklif sülh formulunu qəbul etməyə çağırıb. O, sülh formulunu belə ifadə edib: hər bir qərar Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.