"Əsas səbəb onun etirazçı kütləsini səfərbər etmək potensialıdır''.
İranda azərbaycanlı fəal Kazım Səfabəxş, 13 il müddətinə azadlıqdan məhrum edilib.
Tehranda iyunun 24-də keçirilən məhkəmə prosesindən sonra, o, Evin həbsxanasına göndərilib.
ABŞ-ın Seattle şəhərində Vaşinqton Universitetində sosiologiya bölməsinin doktoranturasında oxuyan, əslən iranlı Ramil Cabbarlı "BBC News Azərbaycancaya” bildirib ki, əsas səbəb bu fəalın etirazçı kütləni səfərbər etmək potensialıdır.
Onun sözlərinə görə, Kazım Səfabəxş azərbaycanlıların dəstəklədiyi "Traktor” futbol komandası azarkeşlərinin lideri kimi tanınsa da, onun fəaliyyətinə başqa cür də baxmaq olar.
"Onu yalnız azarkeşlərin lideri kimi görmək düzgün deyil, o, həm də fəaldır. Onun əlində Qarabağ posterlərilə görmək olar. Hakimiyyət onu müxtəlif şəhərlərdə azərbaycanlıları təşkilatlandıra biləcək hədə kimi görə bilər”.
Kazım Səfabəxşə "Bölücü qrupu yaratmaq və idarə etmək”, "ictimaiyyəti təşvişə salmaq” və "sistemin əleyhinə təbliğat aparmaq” maddələrilə bağlı ittihamlar irəli sürülüb.
Məhkəmədə göstərilən dəlillər arasında fəalın Tehran Kitab Sərgisinə qatılması, "Haray Haray mən türkəm” plakatı ilə şəkil çəkdirməsi və Səttarxanın məzarını ziyarət etməsi qeyd olunub.
Azərbaycanlı fəal 13 il müddətinə azadlıqdan məhrum edilib
Oxşar xəbərlər