Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski bazar ertəsi Ali Radanım təntənəli iclasında Ukrayna xalqına and içib. "RİA Novosti"yə istinadən bildirilir ki, bundan sonra ölkənin Konstitusiya Məhkəməsinin rəhbəri Vladimir Zelenskinin dövlət başçının səlahiyyətlərinin icrasına başladığını elan edib.
Zelenski andiçmə zamanı həm ölkə konstitusiyası, həm də İncilə əl basaraq xalqa xidmət edəcəyinə dair söz verib: "Ukraynanın suverenliyini və müstəqilliyini bütün işlərimlə müdafiə etmək, vətənin rifahı və xalqın rifahı üçün qayğı göstərmək, vətəndaşların hüquq və azadlıqlarını dəstəkləmək, Ukraynanın Konstitusiyasına və qanunlarına riayət etmək, bütün soydaşlarımızın mənafelərində vəzifələrini yerinə yetirmək, dünyada Ukraynanın nüfuzunu artırmaq naminə and içiriəm".
***
10:15 - Bu gündən etibarən Vladimir Zelenskiy Ukrayna prezidenti vəzifəsinə başlayacaq. FaktXeber.com-un Vesti-yə istinadla verdiyi məlumata görə, mərasim yerli vaxtla saat 10.00-a təyin olunub. Seçilmiş dövlət başçısı and içəcək, sonra isə ona hökumətin rəsmi simvolları – orden zənciri formasında prezident işarəsi, gerb möhürü və sancaq təqdim olunacaq.
Qeyd edək ki, Zelenskiy Ali Radadan inaqurasiya mərasimini mayın 19-na təyin etməsini xahiş etmişdi, lakin deputatlar başqa cürə səs verəndə o, Parlamentin indiki tərkibinə xoşagəlməzliklər vəd etdi. Söhbət Radanın növbədən kənar buraxılışından və növbədənkənar seçkilərin təyin edilməsindən gedə bilər.
Hələ ki, Petro Poroşenkonun komandasının üzvləri bir-birinin ardınca öz vəzifələrini tərk edirlər. Belə ki, dünən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefaya yollanıb.
Zelenski prezident səlahiyyətlərinin icrasına başlayıb

Oxşar xəbərlər