Azərbaycanda yeni hazırlanan orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən sonrakı 6 il ərzində dilimizə daxil olan yeni sözlər cəmlənərək yeni lüğətə daxil edilib.
M.Nağısoylu əlavə edib ki, ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz cəmlənib.
Hazırda lüğət üzərində redaktə işlərinin aparıldığını deyən akademikin sözlərinə görə, mayın sonunda yeni orfoqrafiya lüğətinin hazırlanması prosesinin yekunlaşması və çap üçün təqdim edilməsi nəzərdə tutulur.
M.Nağısoylu qeyd edib ki, Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra lüğətə həmin normalar əsasında yazılaraq daxil edilən sözlərin sayı o qədər də çox deyil:
"Yeni normaları biz əvvəldən nəzərə almışdıq. Ona görə də yeni normaların təsdiqlənməsi yeni lüğətin hazırlanmasına və lüğətdə ciddi dəyişikliklərin edilməsinə təsir göstərməyib".
Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanmışdı. Aparılan müzakirələrdən sonra Orfoqrafiya Komissiyasının iclasında sözlərin yazılışı ilə bağlı təklif edilən bəzi məsələlər qəbul edilməyib. Bunlar ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi, Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi ilə bağlı olub.
"Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də sonradan müzakirədən çıxarılmışdı.
Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilində sözlərin yazılışında əsas mənbə hesab edilir.
Yeni lüğətə 4000 söz əlavə edilib

Oxşar xəbərlər