Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb.
Amma məlum olub ki, pullar 3 il ərzində çıxarılsa da cinayət işi materiallarında olan sənədlər başqa məqamları üzə çıxarır. Belə ki, məlub olub ki, rəsmi sənədlər saxtalaşdırılıb. Həmin şaxta sənədlərdə pulların 2006-cı ildən ölkədən çıxarılmağa başlaması ilə bağlı rəsmiləşdirmə aparılıb.
Sonuncu məhkəmə iclasında dindirilən şahid Afət Yusifova qeyd edib ki, Beynəlxalq Bankın "Nəqliyyat" filialında baş mühasib işləyib. Şahid hazırda "Kapital Bank"da menecer vəzifəsində çalışdığını deyib.
Afət Yusifovanın sözlərinə görə, Beynəlxalq Bankda işləyən zaman köçürülən pulların sənədlərini Rüfət Vəliyev özü imzalayıb: "Bildiyim qədəri ilə pulları Rüfət Vəliyev özü gətirirdi, amma görməmişəm".
Hakim elan edib ki, 2006-cı ildə Türkiyə şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2008-ci ildə ölkəyə guya mal gəlib və Beynəlxalq Bank vasitəsi ilə həmin şirkətin Estoniyadakı ofşor hesabına 360 milyon dollar pul köçürülüb. Bu isə işdə daha bir saxtakarlığın olduğunu üzə çıxarıb. Çünki cinayət işi materiallarında görünür ki, qeyd edilən 5 milyard 500 milyon manat ölkədən ancaq 2013-2015-ci illər ərzində çıxarılıb.
Bundan başqa da müxtəlif ölkələrdə olan şirkətlərin adından şaxta müqavilələr bağlanaraq onların hesabına guya göndərdikləri malların qarşılığında pullar köçürülüb. Bundan başqa, müqavilədə Türkiyə şirkətinin adı göstərilsə də, vəsait Estoniyaya, yaxud Dubaya göndərilib.
Şahid qismində ifadə verən Rəhman Salmanov deyib ki, 2006-cı ildə "Elektromaş" şirkətini təsis edib və 2012-ci ildə isə tanımadığı şəxsə satıb. O, söyləyib ki, R.Vəliyevi şirkətə direktor təyin etməyib.
Məhkəmənin növbət iclası martın 27-nə təyin edilib.
Ötən prosesdə isə məlum olmuşdu ki, ölkədən milyardların çıxarılması üçün istifadə edilən şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.
Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.
Qeyd edək ki, Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb. Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.
Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb. Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.
Musavat.com-un bu cinayət işi ilə bağlı əldə etdiyi eksklüziv məlumata görə, pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Milyardlar da məhz onun qudası, sabiq bankir Cahangir Hacıyevin vasitəsi ilə ölkədən çıxarılaraq ofşor hesablara köçürülüb.
Eldar Mahmudovun 5 milyardlıq işində daha bir saxtakarlıq

Oxşar xəbərlər