Pensiya artımı ilə bağlı qanun təsdiqləndi

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Bizimyol.info xəbər verir ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq:

“Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.

Layihə səsə qoyularaq qəbul edilib.