“Sovetski” kimi tanınan məhəllədə hələ də yaşamaqda davam edən sakinlər ərazidə mövcud olan binaların bərpa olunduğunu bildiriblər. Sakinlər söyləyirlər ki, toz-torpağın içərisində köçürüləcəkləri günü gözlədikləri halda, əks mənzərə ilə qarşılaşıblar-binalar təmir olunur...
Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün əraziyə yollandıq. Müşahidə etdik ki, doğrudan da metronun “Nizami” stansiyasının yaxınlığında, Cəfər Cabbarlı küçəsində yolboyu mövcud olan tarixi qədim binalar bərpa edilir. Ərazidə təmir-tikinti briqadası çalışıb, binaların üz hissəsində təmizləmə, yenidənqurma işləri aparırlar. İlk olaraq elə həmin ustalarla söhbət etdik. Ustalar bildirdilər ki, bu binaların təmir edilməsi ilə bağlı göstərişi Bakı Şəhər İcra Hakimiyyətindən alıblar: “Biz, sadəcə, olaraq təmir-tikinti ilə məşğul olan şirkətik. Sifarişi Bakı Şəhər İcra Hakimiyyətindən alıb işlərimizi görürük. Hazırda binanın üz hissəsində təmir prosesi gedir. Binaların bir çoxunun tarixi qədimdir. Lakin heç bir aşınmaya məruz qalmayıb. Köhnələr yalnız üz hissəsidir ki, onu da ağardıb, normal vəziyyətə gətiririk”.
Yada salaq ki, bu ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında “Sovetski” kimi tanınan ərazi ilə bağlı xüsusi planların hazırlandığını bildirmişdi. Lakin başçı planların nədən ibarət olduğunu konkret açıqlamamışdı. Sadəcə olaraq, vurğulamışdı ki, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. İctimaiyyətə təqdim olunmasa da, görünür, başçı elə bu kimi məsələləri nəzərdə tutub.
Onu da yada salaq ki, “Sovetski”də aparılan söküntülərin ikinci mərhələsi zamanı bir sıra tarixi qədim olan binalar sökülmüşdü. Bu isə ictimaiyyətdə böyük rezonans doğurmuşdu. Sərt təpki və reaksiyalara baxmayaraq, o zaman baş nazirin müavini olan Abid Şərifovun və Yasamal Rayon İcra Hakimiyyətinin göstərişi əsasında həmin binalar uçuruldu. İndi isə vəziyyətin dəyişdiyi müşahidə olunur.
Bəs "Sovetski"də digər ərazilər də təmir olunacaq?
Bu sualla elə sakinlərin özlərinə müraciət etdik. Metronun “Nizami” stansiyasına yaxın ərazidə yaşayan sakin Əlipaşa Kərimov söylədi ki, məsələ ilə bağlı icra hakimiyyətindən bəzi məlumatlar əldə edib: “Metronun yaxınlığında yerləşən binaların bəziləri qədim tikililərdir. Yəni bu binaların 150 yaşı olar. Ancaq əsas məsələ bu deyil. Bizə verilən məlumata görə, həmin binaların söküntüsü, orada qazıntı işlərinin aparılması metronun ”Nizami" stansiyasına zərər verə bilər. Çünki onsuz da bu stansiyanın tikintisi zamanı problemlər yaşanıb. Yadımdadır ki, o zaman stansiyanın açılışı ərəfəsində tunelə su dolmuşdu. İndi də həmin binalar digərləri kimi birmərtəbəli deyil. Bunların hamısının dərin bünövrəsi qazılıb. Tunel isə stansiyaya doğru getdikcə dayazlaşır. Burada bir tikili vardı. Onu sökürdülər, metronun işçiləri gəldilər əraziyə, söküntü dayandı. Məlum oldu ki, həmin tikilinin qarşısında metronun havalandırma sistemi var. İndi də həmin boru tikilinin qarşısındadır, bina isə tamamilə sökülməyib. Tez-tez metronun işçiləri gəlib, boruya baxış keçirirlər. Bu baxımdan da yuxarı küçələrdən fərqli olaraq Hüseynzadə küçəsindəki binalar nəzarət altındadır".
“Sovetski”nin Cabbar Qaryağdıoğlu və digər küçələrində olan sakinlərlə də söhbət etdik. Onlar bildirdilər ki, söküntü ilə bağlı heç bir məlumat ala bilmirlər: “Biz illərdir ki, gözləyirik. Hər il deyirlər ki, bir neçə ay sonra evlər söküləcək, camaat köçürüləcək. Ancaq nəticə yoxdur. Burada adamlar vardı ki, evlərini kirayə verib, bununla ailələrini dolandırırdılar. İndi bu küçələrdə heç kim kirayə qalmaq istəmir. Hər kəs elə bilir ki, ”Sovetski" sökülür. Ancaq sökülən bu ərazilər deyil, yuxarı hissələrdir".
Doğrudan da “Sovetski”də illərdir ki, söküntü işləri gedir. Ancaq hələ də son mərhələyə çatmaq mümkün olmayıb. Məlumat verək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınır. Parkda qızğın iş gedir və bildirilir ki, ilin sonuna qədər ərazidə plana uyğun, insanların rahat şəkildə asudə vaxtlarını keçirə biləcəkləri park hazır olacaq.
2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, bu günə kimi 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.
Hazırda “Sovetski” ərazisi hündür binaların əhatəsində qalıb. Ortada qalan evlərin isə prosesin 4-cü mərhələsində sökülməsi planlaşdırılır. 4-cü mərhələnin nə zaman başlayacağı isə məlum deyil. Sakinlərin əksəriyyəti bildirir ki, dövlət kompensasiya məsələsinə yenidən baxmalıdır. Əsas olaraq da bunu gətirirlər ki, köçürülmənin birinci mərhələsindən bu günə qədər manat 2 dəfə devalvasiyaya uğrayıb, ucuzlaşıb. Eyni zamanda tikinti materiallarının da bəzilərinin qiyməti 2 dəfəyədək bahalaşıb. Belə görünür ki, köçürülmə başlayarsa, kompensasiya məsələsi yenə də narazılıq yaradacaq və məmur-vətəndaş mübahisəsi baş verəcək. Hazırda isə “Sovetski”də söküntüdən çox, tikinti və təmir işləri gedir... ("Yeni Müsavat")
Nizami metrosuna görə `Sovetski`nin bu hissəsi sökülməyəcək

Oxşar xəbərlər