Narkodilerlərə qarşı mübarizə aparan MBH üzvünün təzyiqləri davam edir

Həbslərlə bitməyən kin və nifrət həbsxanada da Müsəlman Birliyi Hərəkatının üzvlərinin yaxasını buraxmır. Hakimiyyətin şərləmə maşını tərəfindən xüsusi olaraq narkotik itiihamı ilə məhkum olunan inanclıların həbsxanada təzyiqləri hər ötən gün artmaqdadır. Fəaliyyət çərçivəsi hakimiyyətin qadağaları altında olan MBH, üzvüləri saxlanılan andan fiziki-pisixoloji davranışlar yaşayır. Oğurlanaraq bir neçə gün saxlanılmalar, ittiham olunan zaman hüquqi yardımdan məhrum olmalar, saxlanılma məntəqələrində ailələri ilə görüşlər, zəng və qida məhsullarının əldə edilməsinə qadağalar az qala bütün saxlanılan hərəkat üzvlərinin üzləşdirildiyi problemlərdəndir. Ötən həftə hərəkat üzvü Samir Babayevin Kürdəxana Müvəqqəti Saxlama Təcridxanasında görüşlə bağlı yaşananlar dediklərimizə əyani sübutdur. Hər dəfə hərəkat, hakimiyyətin qanunsuz təzyiq aparatına etirazı problemin həllinə xidmət etmək əzəvinə daha qəddar davranışı onlara yaşadır.
Bu barədə hesabatlarda beynəlxalq, insan hüquqlarının müdafiə təşkilatları faktlarla məlumatlandırılır. Bir neçə beynəlxalq məhkəmələr mövcud hadisələrlə bağlı şilayətlərə baxmaqdadırda. Ancaq sankı Azərbaycan imicinə zərbəni öz fəaliyyət hədəfi bilən hakimiyyət hərəkat üzvlərinin təzyiqlərinə hesablanmış addımlarda heç bir hüquqi müstəvi tanımadan davamlılıq yolunda israrlıdır.
Keçən ilin yayında narkotik vasitələrin yayılması, satışına qarşı mübarizə aparan gənc hərəkat üzvü Razi Hümbətov narkodilerlərin nifrət hədəfində həbs olundu və qurama məhkəmə qərarı ilə o, 6 il azadlıqdan məhrum edildi. Hər kəs, onun yaşadığı ərazidə olan bütün Razi tanıyanlar bu oyunun məzhəkə olduğunu, Razinin isə günahsızlığını söyləsələr də, sifarişçi israrından dönmədi. Əksinə həbsxanaya gələn gündən ona qarşı nifrətin davamı olaraq Razi süni maniələrlə cəzalandırılaraq yaşamadığı problem qalmadı. Cəza çəkdiyi 2 saylı müəssisədə yerləşmək, normal yerlə təmin olunmaq kimi hüququ, problem olaraq onun aylardır bu müəssisəyə köçürülməsinə baxmayaraq hələ də aradan qalxmayıb. Müəssisə rəhbərliyi bilərəkdən Raziyə həbsxana üçün ən alçaldıcı yerlərin göstərilməsi ilə sankı üzərinə öhtəlik götürdüyü narkotik ticarətinə rəhbərlik edən əsas biznes sahiblərinin Raziyə qarşı cəzalandırma əmrini icra edir. Bu müəssisəyə gəldiyi gündən müxtəlif maniələr yaşayan hərəkat üzvü hər növ məhdudiyyətlərə dözüm göstərsə də, bir hərəkat olaraq MBH bu davranışlardan narahatlıq ifadə edir.
Ümumiyyətlə isə hərəkat bütün qanunsuz davranışlar, həbs və işgəncələrin yer aldığı MBH gündəliyində bu kimi halları yolverilməz hesab edir və bununla bağlı hakimiyyətə bir daha çağırış edərək qərəzli davranışların durdurulmasını ondan tələb edir.

MBH Mətbuat Katibliyi.