Naim Qasim: Müqavimət düşmənlə mübarizədə bütün məqsədlərinə çatıb

Hizbullah baş katibinin müavini düşmənin müqavmət tərəfindən üçüncü dəfə uğursuzluğa düçar olduğunu və Amerikanın "Yeni Yaxın Şərq" layihəsini aradan qaldırdığını vurğulayaraq: "İşğalçı düşmənlə indiki münaqişəmizdə minimum gücümüzdən istifadə edərək bütün məqsədlərimizə nail ola bildik” deyib.

“İşğalçı sionist rejimin yolu amansızlıq və qəddarlıqdır və bu rejimin süqutu qaçılmazdır. Amma Fələstinin yolu cihad, şəhadət və səbirdir və qələbəsi yaxındır.

İsrail təkəbbürlü dünyanın dəstəyi olmadan yaşaya bilməz. İndi iki şey Qəzzada müharibəni dayandıra bilər; Amerika və onun seçkiləri və dünyanın İsrailə qarşı Fələstin xalqı ilə görünməmiş birliyi və həmrəyliyi.”

Nəim Qasim düşmən ABŞ, İsrail və onların bölgədəki müttəfiqlərinin bütün layihələrinin iflasa uğradığını xatırladaraq deyib: Amerikanın planlaşdırdığı “Yeni Yaxın Şərq” layihəsi ilk dəfə 2006-cı ilin iyulunda Hizbullah və sionist rejim arasında müharibədə uğursuzluğa düçar oldu. İkinci dəfə isə Suriyaya qarşı qlobal müharibədə və bu dəfə Qəzzada.