Daha bir gəmi Qırmızı dənizdə hədəfə alınıb

Ərəb mediasına görə, Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey, Qırmızı dənizdə Malta bayraqlı konteyner gəmisinin hədəf alındığını bildirib.

Xəbərdə Afrika ölkəsi Cibutidən Səudiyyə Ərəbistanının Ciddə limanına doğru üzən gəminin raketlə hücuma məruz qaldığı bildirilib.

Bundan əvvəl Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri xəbərdarlıq etmişdi ki, İsrailin bütün gəmiləri və ya bu rejimlə əməkdaşlıq edən gəmilər Yəmən qüvvələri üçün qanuni hədəf olacaq.