MSK bələdiyyə seçkiləri üçün nümayəndələri qeydə alıb

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyaların adları açıqlanıb.  
 
APA informasiya agentliyi xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
 
Qeyd edilib ki, bu günə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət edib. İclasda bu üç siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
 
Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası və Böyük Quruluş Partiyasıdır.
 
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.
 
Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.