Minlərlə insan İsrail konsulluğu qarşısında Sumuda hücumu pisləyib

İsrailin Qlobal Sumuda həyata keçirdiyi hücumlardan sonra İstanbulun müxtəlif yerlərində etiraz aksiyaları keçirilib.

Bela aksiyalardan biri ötən axşam, oktyabrın 1-də İsrail konsulluğu qarşısında keçirilib.

İslam Həmrəyliyi Platforması, Köklü Değiştir jurnalı, Ecir Kapısı Dərnəyi, AGD kimi müxtəlif təşkilatların iştirak etdiyi nümayiş Quran tilavəti ilə başlayıb.

Ardınca aksiya iştirakçıları İsrailin Yaxın Şərqdə gerçəkləşdirdiyi soyqırım siyasətini kəskin tənqid ediblər. Eyni halda onlar Türkiyə vətəndaşlarının da həbs olunduğu Qlobal Sumuda gəlisinə İsrail hərbçilərinin hücumunu növbəti vandallıq aktı olaraq qiymətləndiriblər.