“Əl-Cəzirə” telekanalının yayımı İsraildə dayandırılır

İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının öz ərazisində yayımını qadağan etmək qərarına gəlib.

 Kanalın bağlanması təklifi oktyabrın 16-da İsrailin rabitə naziri Şlomo Karya tərəfindən irəli sürülüb. Təşəbbüsü İsrail kəşfiyyat xidməti Mossad dəstəkləyib. 

"Əl-Cəzirə" mərkəzi Qətərin paytaxtı Dohada yerləşən beynəlxalq yayım şirkətidir. 1996-cı ildən verilişlər aparır. Kanal Qərb koalisiyasının Əfqanıstandakı hərəkətlərini işıqlandırmağa və Usamə bin Ladenin bəyanatlarını yayımlamağa başlayandan sonra dünya şöhrəti qazanıb.