Kürdüstan bölgəsindən İrana qarşı istifadə etmək istəyən heç bir ölkəyə, istər İsrail, istərsə də digər ölkələrə kömək etməyəcəyik

İraq Kürd Regional Rəhbərliyinin (KRG) sədri Neçirvan Bərzani, İsrailin İrana qarşı əməliyyatlarına dəstək verməyəcəklərini ifadə edərək, "Kürdüstan bölgəsini İrana qarşı istifadə etmək istəyən İsrail və ya başqa ölkələr olsun, heç bir ölkəyə kömək etməyəcəyik" – deyib. Bu bəyanat öz növbəsində 2017-ci ildə KRG-nin “müstəqillik referendumunu” açıq şəkildə dəstəkləyən yeganə ölkə olan İsraildə soyuq duş effekti yaradıb.

İraqın paytaxtı Bağdadda keçirilən İraq Sabitlik və Rifah Forumunda çıxış edən KRG prezidenti Neçirvan Bərzani “İraq və Kürdüstan bölgəsindən silahlı qrup Türkiyəyə hərbi əməliyyat keçirmək üçün gedə və gedərsə belə yenidən Kürdüstana qayıda bilməz. Regionda eyni şey İran üçün də keçərlidir" deyib. Bərzaninin çıxışında Türkiyə ilə bağlı olan hissə PKK terror təşkilatına açıq mesaj kimi şərh edilib.

Bərzani Kürdüstan bölgəsinin qonşu ölkələr üçün təhlükə mənbəyi olmasına icazə verməyəcəyini deyib. “Biz həmişə regionda sabitliyin elementi olmaq istəyirik, qonşularımıza problem yaradan amil olmaq istəmirik. Kürdüstan bölgəsindən İrana qarşı istifadə etmək istəyən heç bir ölkəyə, istər İsrail, istərsə də digər ölkələrə kömək etməyəcəyik” – söyləyib.

Söhbətinin davamında İraq Hökumətinə böyük ümid və intizarla qatıldıqlarını ifadə edən Neçirvan Bərzani, "Hara gedirəmsə, İraqın Baş naziri Məhəmməd Şia es-Sudani ilə koordinasiyadayam və getdiyim yerdə İraqı təmsil edirəm" deyib. Onlarla İraq arasında yeni bir üslubun yarandığını qeyd edən Bərzani, “Bağdad bizim paytaxtımızdır və Bağdada səfərlərim normaldır. Mən İraqın prezidentliyini üzərimə götürməkdən qürur duyaram, lakin bu məsələ mənim gündəmdə deyil. Kürdüstan Bölgəsi Rəhbərliyi Qanununa görə, Ərbil və Bağdad arasındakı əlaqələri daim yaxşılaşdırmağa çalışmaq məcburiyyətindəyəm - deyən Neçirvan Bərzani - İraq kimin güclü, kimin zəif olduğu məntiqi ilə idarə olunarsa, hamımız uduzacağıq”, - deyə bildirib.

2017-ci ildə o vaxtkı prezident Məsud Bərzaninin rəhbərliyi ilə KRH-nin İraqdan müstəqillik referendumu keçirməsi gərginliyə səbəb olmuşdu. Türkiyə, İraq və İranın sərt reaksiyası müstəqillik referendumunu rəfdə qoydu. Bu gün Neçirvan Bərzaninin İraqla inteqrasiya mesajları “müstəqillik referendumu”ndan sonra dəyişən balansları ortaya qoyur.

İsrail KRG-nin müstəqillik referendumunu dəstəkləyən yeganə ölkə olub. Hətta ABŞ Türkiyənin əməliyyata hazırlığı və referendum prosesində İranın sanksiyalara hazırlaşması zamanı “məyusluğunu” dilə gətirib, Rusiya isə İraqın ərazi bütövlüyünü müdafiə edəcəyini, lakin referendum nəticəsində alınan qərara hörmətlə yanaşacağını bəyan etmişdi. İsrail isə KRG-nin müstəqil olacağı təqdirdə onu tanıyacağını bildirmişdi.

“Reuters”in məlumatına görə, Netanyahu İsrailin PKK-nı terror təşkilatı hesab etdiyini bildirir. “Amma biz həm də kürd xalqının qanuni yollarla öz müstəqil dövlətini qurmaq cəhdini dəstəkləyirik” – söyləyib.

Amerika Respublikaçı Konqresi üzvlərinin 13 avqust 2017-ci ildə, yəni tam referendumdan əvvəl İsrailə səfəri zamanı verdiyi açıqlamada Netanyahu İraqın bir parçası olan KRG-nin müstəqilliyinə dəstəyini ifadə edərək, “ Kürdlər bizim dəyərlərimizi paylaşan cəsur, qərbyönlü xalqdır” ifadəsini işlətmişdi. Ancaq bugünkü şəraitdə İsrailin bu dəstəyinə Neçirvan Bərzani öz torpaqlarından İrana qarşı istifadə edə bilməyəcəyi mesajını verməklə cavab verib.

İsrailin KRG-yə dəstəyinin sürpriz olmadığını düşünənlər də var. Bu düşüncənin əsasını Bərzani ailəsinin yəhudi kökləri olduğu iddiaları təşkil edir. Sefa Kaplanın 18 fevral 2003-cü ildə “Hürriyyət”də dərc etdiyi məqaləyə görə, Bərzani ailəsinin kürd yəhudisi olduğunu və ailənin çoxlu haham yetişdirdiyini iddia edib.

Özü də kürd yəhudisi olan professor Yonna Sabarın verdiyi məlumata görə, ötən əsrlərdə bölgədə yaşayan ən məşhur ailələrdən biri olan Bərzani ailəsinin qurduğu yəhudi təhsil müəssisələri böyük nüfuza malik idi. Ailənin üzvü olan ravvin Natanel Bərzaninin, əsasən əlyazmalardan ibarət mühüm bir kitabxanası olduğunu deyir. Bunları da ravvin olan oğlu Samuel Bərzaniyə verdiyini bildirir. Məlumata görə bir əsr sonra tanınan ilk qadın ravvin Samuel Bərzaninin qızı Asenath Barzani də bu ailədəndir.

Sözügedən ailə 16-cı əsrdə Mosul, Kərkük və Ərbil bölgələrində nüfuz sahibi olub. Bununla belə, Prof. Sabarın fikrincə, Bərzani adını daşıyan hər kəsi kürd yəhudisi hesab etmək düzgün deyil və Bərzanda doğulanları bu adla çağırırlar.

Bununla belə, Osmanlı arxivlərində bölgədə yalnız bir Bərzani ailəsinin olduğuna dair qeydlərin olduğunu xatırladan tarixçi Əhməd Uçar, bugünkü Bərzanilərin əcdadlarının yəhudi olduğuna heç bir şübhə ola bilməyəcəyini ifadə edib. Prof Əhməd Uçar, həmçinin Sabarın Bərzanilərin nə vaxt müsəlman olduqlarına dair təfərrüatlara varmadığını müdafiə edib. Əhməd Uçarın Osmanlı arxivlərində tapdığı başqa bir sənəddə isə Səllum Bərzani adlı bir hahamın 1856-cı ildə Baş Xaxamlığın xüsusi tələbi ilə Mosuldan Selanikə, oradan da Qüdsə sürgün edildiyi göstərilir. Uçarın sözlərinə görə, “Yəhudilərin Qüdsə köçürülməsi ilə bağlı tərəddüdlər olduğu üçün 29 fevral 1856-cı ildə Baş Havvanın Xarici İşlər Nazirliyinin rəyi ilə təqdim etdiyi ərizə 11 apreldə Osmanlı hökuməti tərəfindən təsdiqlənib və Səllum Bərzani 20 aprel 1861-ci ildə vəsiyyətnamə ilə Qüdsə sürgün edilib.

Uçar “Journal of History and Thought”da mövzu ilə bağlı məqaləsinə belə davam edir: “Mustafa Bərzaninin illər sonra qurduğu əlaqələr, ravvinlərlə Səllum Bərzani ailəsi arasındakı əlaqələrin davam etdiyini göstərir. Molla Mustafa Bərzani həmişə 1950-ci ildən bəri tez-tez ziyarət etdiyi İsraildə Şimali İraq əsilli kürdcə danışan yəhudi ravvinin evində qaldığını qeyd edir.