İtkin düşən alpinistlərin üçünün də meyiti tapıldı

Ötən il dekabrın 17-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.
 
Bu barədə FHN-nin saytına istinadən məlumat verilir.
 
Əlavə məlumat veriləcək.

18:52

27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verilir ki, ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Hazırda axtarış-təmizləmə işləri davam etdirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.