İslam Əməkdaşlıq Təşkilatı İsrailin Əl-Əqsa məscidinə hücumlarını müzakirə etmək üçün bu həftə fövqəladə iclas keçirəcəyini açıqlayıb.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı tvitter səhifəsində məlumat verib.
Məlumada, iclasın çərşənbə axşamı, yanvarın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qərargahında keçiriləcəyi qeyd edilib.
Təşkilat bəyan edib ki, "iclas İsrailin işğal altındakı Qüds şəhərində davamlı eskalasiyasından və mübarək Əl-Əqsa məscidinə qarşı davamlı pozuntulardan sonra baş verir ki, bunlardan ən təhlükəli olanı İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin məscidə girməsi və basqını olub. Bu addımlar İşğalçı dövlət olan İsrailin Məscidül-Əqsanın hüquqi və tarixi statusunu dəyişdirmək cəhdləri fonunda atılır.”
Qeyd edək ki, İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin əl-Əqsa məscidinə girməsi 2003-cü ildə sabiq İsrail baş naziri Ariel Şaronun oxşar addımını xatırladıb. Məhz Şaronun bu hərəkətindən sonra işğal altında olan ərazilərdə minlərlə insanın ölümünə səbəb olan İntifadə hərəkatı başlamışdı.
İƏT İsrail tərəfindən Əl-Əqsa məscidinə qarşı addımlarla bağlı fövqəladə iclas keçirir