İsrailin Mexikodakı səfirliyinə hücum edildi

İsrailin Mexikodakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, keçirilən etiraz aksiyası nümayişçilərlə polis arasında toqquşmaya çevrilib və bu toqquşma zamanı asayiş keşikçiləri daş və molotov kokteyli ilə vurulub. 

Bildirilir ki, toqquşmada azı altı hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Əsasən yanıq xəsarətləri alıblar. Polislər gözyaşardıcı qaz və yanğınsöndürənlərdən istifadə ediblər.