İsrail Hizbullah komandirinə pilotsuz təyyarə hücumu gerçəkləşdirdi

 Livan təhlükəsizlik mənbələrindən verilən açıqlamaya görə İsrail ölkənin cənubundakı Məcdəl Səlim kəndində Hizbullahın yüksək səviyyəli komandirlərindən Visam Həsən əl-Tavilin olduğu avtomobilə pilotsuz təyyarə ilə hücum edib.

Hücum nəticəsində Visam Həsən əl-Tavil və digər bir Hizbullah üzvü həyatını itirdiyi bildirilib.

Visam Həsən əl-Tavil Livan Hizbullah Hərəkatı Rizvan bölmələrinin komandirlərindən biri olub.