İsrail günahsız insanlardan intiqam almaqdan başqa heç nə etmədi

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Həzrət Əbülfəzl Abbasın mövludu və Qazilər Günü münasibəti ilə çıxış edib.

Nəsrullah çıxışında İranı İnqilab Keşikçiləri Günü münasibətilə təbrik edərək, “Müqavimət oxunun hazırkı vəziyyəti və gücü İslam İnqilabı sayəsində əldə edilib. İnqilab Keşikçiləri Ordusu Fələstində, Livanda və regionda bütün müqavimət hərəkatlarının əsl dəstəkçisidir.

Sionist düşmən dinc və günahsız insanlardan amansız intiqam almaqdan başqa heç nə etməyib. 130 gün davam edən müharibədə düşmən öz məqsədlərinə nail ola bilmədi. Qəzzə xalqının müqaviməti və fədakarlığı tarix boyu görünməmiş bir hadisədir.”

Mühasirədə olan Qəzzada baş verən hadisələrə və Qəzza sakinlərinin çətin vəziyyətinə toxunan Nəsrullah dünya vicdanının hərəkətə keçməli olduğunu vurğulayıb.

“Biz Qəzzanı mənəvi və dini dəyərlərimizə görə müqavimət olaraq dəstəkləyirik. Bu məsələ ilə bağlı heç kimin sözlərinə, ittihamlarına əhəmiyyət vermirik.”

İşğalçı rejimin qurulmasının bölgədəki bütün böhranların başlanğıcı olduğunu və Livan tarixinin də bu məsələyə şahidlik etdiyini bildirən Seyid Həsən Nəsrullah, "Güclü İsrail bütün bölgə üçün təhlükədir. Region ölkələrinin təhlükəsizliyi sionist rejimin məğlubiyyətindədir” deyib.