İsrail Fələstin bayraqlarının qaldırılmasını qadağan edib

 İsrailin Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkə ərazisində Fələstin bayraqları ilə bağlı qadağa qərarı verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İtamar Ben-Qvir ötən gün ölkənin polis rəhbərliyinə Fələstin bayraqlarının qaldırılmasının qarşısını almaqla bağlı göstərişlər verib.

Məlumata görə, bu qərar, İsraildə bütün ümumi məkanlarda qaldırılmış fələstin bayraqlarının endirilməsini, habelə “İsrail dövlətinə qarşı təhrikedici addımların qarşısının alınması”nı ehtiva edir.

Qeyd edək ki, İtamar Ben-Qvir milli təhlükəsizlik naziri vəzifəsinə gələndən sonra bir sıra qalmaqallı addımları ilə gündəmə gəlib. O ilk addımında əl-Əqsa məscidinə girib. Daha sonra isə ölkənin Nafha həbsxanasına gedərək, fələstinli məhbusların köçürülməsi zamanı onların vəziyyətinin yaxşılaşdırılmaması üçün göstərişlər verib.