İslama qarşı mübarizə apardı, amma sonda…

İsveçrə Xalq Partiyasının (SVP) üzvü olmuş Streyç illər öncə özünün İslam əleyhinə fikirləri və qanun layihələri ilə məşhur idi.

Ölkə ərazisində minarələr və məscidlərin inşasının qadağan edilməsinə dair ümumvətəndaş referendumunun keçirilməsinin təşəbbüskarı məhz o idi.

O, 2005-ci ildə İslam dinini qəbul edərək müsəlman olsa da, bu qərarını 2007-ci ildə – İsveçrədə İslam əleyhinə KİV-lərdə aparılan kütləvi qarayaxmaların fonunda açıq şəkildə elan edib.

Mən bununla (qarayaxmalarla) barışa bilməzdim“, – deyə o qeyd edib.

Müsəlman olmazdan öncə xristian olan Streyç müsəlman olması haqda belə deyib:

Bütün həyatım boyu öz-özümə verdiyim bütün suallarıma İslam dini cavab verdi. Bu cavabları heç harada tapa bilmirdim“.

 

 

Az.shafaqna.com