İraq Müqaviməti İsrailin Eylat limanını hədəfə alıb

İraq İslam Müqaviməti Fələstin müqavimətinə və xalqına dəstək olmaq üçün bir daha pilotsuz təyyarə ilə Fələstinin cənubunda İsrailin nəzarətində olan Ümmül Rəşrəş (Eilat) limanını hədəfə alıb.

Görüntülər İraq İslami Müqavimətinin iddiasını təsdiqləyib və İsrail rejiminin müdafiə sistemlərinin bu hücuma reaksiya verdiyini göstərib.

İraq Müqaviməti Qəzzada müharibə və blokada dayandırılana qədər Fələstin müqavimətinə və xalqına dəstək məqsədilə bu cür əməliyyatları davam etdirəcəyini bəyan edib.

Bununla bağlı İslami İraq Müqaviməti işğal altındakı Ümmül-Rəşraş şəhərinə pilotsuz təyyarə hücumunun görüntülərini dərc edib.

 İraq İslami Müqaviməti çərşənbə axşamı üç pilotsuz uçuş aparatı ilə Ümmül-Rəşrəşdəki hərbi nöqtələri hədəfə alıb.