İranlı diplomatlar Gürcüstanın yeni şeyxini ziyarət ediblər

İranlı diplomatlar Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxi Hacı Faiq Nəbiyevlə görüşüblər. Bu barədə şeyx sosial şəbəkə səhifəsində paylaşım edib.

Iranın Beynəxalq Əl Mustafa Universitetinin Gürcüstan nümayəndəsi Həsən Yusifzadə və İranın Gürcüstandakı Mədəniyyət attaşesi Əhməd Əli Mehri Ardestani GMİ-nin şeyxi Hacı Faiq Nəbiyevə görüşü xoş atmosferdə baş tutub. Qonaqlar yeni şeyxə işlərində müvəffəqiyyətlər arzulamaqla yanaşı İranın Gürcüstandakı səfiri Mahmud Ədibin Hacı Faiq Nəbiyevə ünvanladığı məktub da ona təqdim ediblər.  Faiq Nəbiyev məktubunda İran səfirinin onu təbrik etdiyini və fəaliyyətində uğurlar arzu etdiyini bildirib.