İranın parlament sədri Türkiyədə səfərdədir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Baş Assambleyasında iştirak etmək üçün Türkiyəyə gəlib. Türkiyəyə səfəri zamanı Qalibafı İran-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Yaqub Rızazadə, eləcə də bəzi deputatlar müşayiət edir. Türkiyə səfəri öncəsi jurnalistlərə açıqlama verən Qalibaf bu sammitin bütün Asiya ölkələri arasında dialoq üçün bir fürsət olduğunu deyib: “Bu sammit Asiya qitəsinin sülh və sabitliyini, həssaslığını və bu qitədə oynayacağı rolu ortaya çıxaracaq. Dünyanın gələcəyi, xüsusilə günümüzün həssas şərtləri üçün bu sammit çox əhəmiyyətli olacaq. Regionun sabitliyi region ölkələrinin əməkdaşlığından asılıdır. Üç region ölkəsi, xüsusən də İran, Azərbaycan və Türkiyə arasında harmoniya, əməkdaşlıq və əlaqələrin inkişafı artdıqca, təbii olaraq bölgəyə xarici müdaxilələrin qarşısı alınacaq”.

Xatırladaq ki, Asiya Parlament Assambleyasının (APA) 13-cü Baş Assambleyası 9-10 yanvar 2023-cü il tarixlərində Antalyada Türkiyə Böyük Millət Məclisinin sədri və APA-nın prezidenti Mustafa Şentopun ev sahibliyi ilə keçiriləcək.