İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilir. “Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, İsfəhan, Şiraz, Məşhəd və Kərəc şəhərlərində küçələrə çıxan yüzlərlə nümayişçi ölkədə bu yaz baş qaldıran valyuta böhranına etiraz edir.
Həftənin ikinci günündən İsfəhanda başlayan aksiyalarda polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Şirazda keçirilən aksiyalar hökumət tərəfindən qanunsuz hesab edilib və hüquq-mühafizə orqanları əməkdaşları ən fəal nümayişçiləri saxlayıb.
Qeyd edək ki, son günlər qara bazarda İran rialının məzənnəsi dollara nisbətdə rekord səviyyədə aşağı düşüb. Bu proseslər ölkədə inflyasiyanın yüksəlməsinə və yanacaq, o cümlədən istehlak mallarının qiymətinin artmasına səbəb olub.
Baş verən situasiya ilə əlaqədar ölkə parlamenti prezident Həsən Ruhaniyə hesabat verməsi üçün bir ay vaxt verib.
İranda yüzlərlə insan küçələrə çıxdı - Qiymət artımına etiraz

Oxşar xəbərlər