İranda polis bölməsinə hücum olub - Ölənlər var

İranda etirazlar dağıdıcı iğtişaşlara çevrilir.

Ölkənin qərb hissəsində etirazçılar polis bölməsinə hücum ediblər. Onlar binaya girməyə cəhd ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Molotov kokteyli" atmağa başlayıblar.

Hakimiyyət orqanlarının məlumatına görə, toqquşmalarda üç nəfər həlak olub. Tehran iğtişaşların Qərb tərəfindən təşkil olunduğunu bildirir.

Daha əvvəl son yeddi gün ərzində İranda keçirilən etiraz aksiyaları zamanı 15 nəfərin öldüyü bildirilmişdi.