FİFA “The Best” mükafatını ləğv edir

FİFA illik “The Best” mükafatının verilməsini dayandırıb. Qurum Dubay İdman Şurası ilə əməkdaşlıq çərçivəsində yeni mükafat təsis edəcək.

Bu barədə FİFA-nın rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, yeni mükafat FİFA-nın yeganə rəsmi mükafatı olacaq və ilk dəfə 2026-cı ildə təqdim ediləcək.

Xatırladaq ki, sonuncu “The Best” mükafatının sahibi PSJ-nin hücumçusu Usman Dembélé olub.