Hacc ziyarəti ilə bağlı çağırış

Hacc ziyarətinə getmək istəyənlərə çağırış edilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Səudiyyə Ərəbistanı Hacc və Ümrə Nazirliyi Hacca qeydiyyatla bağlı dünya üzrə bütün prosedurların tez bitirilməsi ilə bağlı ciddi tələb irəli sürüb.

İdarədən əlavə edilib ki, Hacc ziyarəti ilə bağlı kvotanın bitib-bitməməsindən asılı olmayaraq sənəd qəbuluna fevralın 15-i son qoyulacaq.

Ramazan ayının başlaması ilə isə vizaların verilməsi prosesi başlayacaq və bu iş 1,5 aya başa çatdırılacaq.

Qeyd edilib ki, Hacca getmək istəyən vətəndaşlardan gecikmədən qeydiyyatdan keçmələri xahiş olunur.

Xatırladaq ki, QMİ 2026-cı il Hacc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.