İrana Avropa Birliyindən 18 milyonluq yardım ayrılıb

Avropa Birliyi İrana 18 milyon avroluq yardım paketini açıqlayıb.
 
AB Komissiyasından verilən məlumata görə, İrana 8 milyon avrosu özəl sektora olmaqla, iqtisadi və sosial inkişafı davam etdirəcək layihələr üçün 18 milyon avroluq yardım paketi ayırmağa qərar verilib. 
 
Bəhs edilən yardım, İran nüvə müqaviləsi çərçivəsində nəzərdə tutulan 50 milyon avroluq ümumi yardım paketini təşkil edir.
 
AB Yüksək Təmsilçisi Fedrica Modherin açıqlamasında bildirib ki, İran nüvə razılaşması nəticəsində AB-İran münasibətlərinin yenilənməsindən bəri bir çox sektorda əməkdaşlığımız artıb:
"Bunu davam etdirməyə söz veririk. Bu açıqlanan yeni yardım paketi iqtisadi və sosial sektorlar arası əlaqələri inkişaf etdirəcək".