İran “Ərəb körfəzi” şüarına görə İraqa etiraz edib

 Bəsrədə keçirilən beynəlxalq futbol turnirinin adında “Ərəb körfəzi” şüarının istifadəsi İranın etirazına səbəb olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

O, bu gün mətbuat konfransında, “Ərəb Körfəzi -25” futbol turnirinin adlandırılmasına görə İrandan İraqa rəsmi etirazın olduğunu bildirib.

“Bu məsələdən xəbər tutan kimi və baş verənləri mətbuatda açıqlamazdan əvvəl İraq hökumətinə etirazımızı bildirdik. Baş verənlər idman tədbirləri formatında olduğu üçün bizim İdman Nazirliyi və Futbol Federasiyasının da rəsmi etirazları ünvanlandırılıb”, deyə Kənani əlavə edib.