İran əməliyyatında 44 İsrail zabiti öldürülüb

İranın aprelin 13-də İsrailə qarşı başlatdığı əməliyyatın təfərrüatları müəyyənləşib. Müxtəlif agentliklərin məlumatına görə, əməliyyatda 44 israilli zabit həlak olub.

İranın aprelin 13-də İsrailə qarşı başlatdığı əməliyyatın rəqəmləri rəsmi hesabatlar və müxtəlif xəbərlər toplanaraq müəyyən edilib. Toplanan məlumatlar aşağıdakı kimidir:

İsrail ordusunun açıqlamasına görə, İran bu hücumda 185 pilotsuz uçuş aparatı (PUA), 36 qanadlı raket və 110 yer-yer raketindən istifadə edib.

Əl Minar kanalı və özəl mənbələrə görə, 110 yer-yer tipli raketdən ən azı 15-i İsrail F-35 və casus təyyarələrinin yerləşdirildiyi işğal altındakı Fələstinin cənubundakı Nevatim Hava Bazasına düşüb. Bundan əlavə, bu bazadakı kəşfiyyat zabitləri və Mossadın yüksək rütbəli üzvlərindən ən azı 44 zabit zərərsizləşdirilib və 18 zabitin vəziyyətinin ağır olduğu öyrənilib. Peyk görüntülərinin təhlili İsrailin Nevatim aviabazasının uçuş-enmə zolağının, yaşayış məntəqələrinin və anbarlarının vurulduğunu təsdiqləyir.

Bundan əlavə, Fələstinin Şihab Xəbər Agentliyinin məlumatına görə, Negevdəki Ramon hava bazasına 7 raket düşüb.