İran hərbçiləri Amerikanın neft tankerini ələ keçirdi

İran Hərbi Dəniz Qüvvələri Oman körfəzi sularında Amerika neft tankerinin ələ keçirildiyini açıqlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, məlumatı Sputnik İran yayıb.

Bundan əvvəl Böyük Britaniyanın Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı Dəniz Əməliyyatları Departamenti Oman sahillərində kənar şəxslərin işğalına məruz qalan gəminin istiqamətini dəyişərək İranın ərazi sularına doğru getdiyini açıqlamışdı. Tankerlə əlaqə kəsilmişdi.

Yunanıstanın "Empire Navigation" gəmiçilik şirkətinə məxsus tanker İraq neftini Bəsrədən Süveyş kanalı vasitəsilə Türkiyəyə daşıyırdı. Gəmi Türkiyənin Tüpraş şirkəti tərəfindən icarəyə götürülüb.