İran bölgədəki terror və casusluq qərargahını raketlərlə vurub

İran İnqilabı Keşikçiləri Korpusu öz bəyanatında İran əleyhinə terrorçu qrupların və bölgədəki casusların qərargahlarını ballistik raketlərlə vurduğunu açıqlayıb.

Operativtv.com Az.rasthaber.org-a istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusundan verilən açıqlamada bu ifadələr yer alıb:

"İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı gecə yarısı İnqilab Keşikçiləri Ordusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib".

İnqilab Keşikçiləri Ordusu mövzu ilə bağlı verdiyi ikinci yazılı açıqlamada bildirilib:

“Suriyada İŞİD terror təşkilatı başda olmaqla, işğal altındakı bölgələrdə başda son terror hücumları ilə əlaqəli liderlərin və əsas ünsürlərin görüşmə yerləri silsilə tədbirlərə başlanılaraq aşkar edilərək məhv edilib".

Açıqlamada terror təşkilatı İŞİD-in üzərinə götürdüyü Kirmanda bombalı hücum, Rask şəhərində təhlükəsizlik qüvvələrini hədəf alan hücum və İnqilab Keşikçiləri Ordusunun Suriyadakı yüksək rütbəli komandirlərindən olan general Seyid Razi Musəviyə edilən sui-qəsdə işarə edilib.