Daxili İşlər Nazirliyi ilin 6 ayı ərzində baş verən cinayətlərlə bağlı hesabat paylaşıb.
Hesabata əsasən, ilin ilk 6 ayında 13 min 534 cinayətin qeydə alınıb.
Qeydə alınmış cinayətlərin 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi , onların 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini digər cinayətlər təşkil edib.
Altı ayda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, onların 99 faizi cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət törətmiş şəxslərin 68,2 faizi heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi 30 və yuxarı yaşlı şəxslər olub.
Yanvar-iyun aylarında ölkədə 13 min 534 cinayət faktı qeydə alınıb, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 5,4 faiz çoxdur. Onların 59,9 faizi az ağır, 27,6 faizi böyük ictimai təhlükə törətməyən, 12,5 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Başqa bir hesabata görə, yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 1087 nəfər zərər çəkib. 342 nəfərin həlak olduğu, 745 nəfərin yaralandığı bildirilir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81 faizi, yaralananların isə 73,4 faizi kişilərdir.
Nazirlik bu il başverən cinayətlərlə bağlı hesabat hazırlayıb
Oxşar xəbərlər