İmam Hüseyn (ə) ziyarətgahı növbəti məktəb tikintisini başa vurdu

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı növbəti məktəb tikintisini başa vurub.

İraqın Babil əyalətinin Əl-Qasim rayonunda inşa olunan məktəbdə, dünya elmlərilə yanaşı dini elmlər də tədris olunacaq.

Layihənin rəhbəri Anad Xəzər açıqlamasında qeyd edib ki, bu təhsil ocağı birbaşa Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əbdül Mehdi əl-Kərbəlayinin birbaşa nəzarətilə reallaşıb.

Qeyd edək ki, İmam Hüseyn (ə) ziyarətgahı İraqda təhsil müəssisələri, kitabxanalar, kasıblar üçün ekonom evlər, həmçinin xəstəxanalar inşa etdirir.