Hizbullahdan İsrailə "Aruri" sui-qəsdi

Livandakı Hizbullah hərəkatı HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Salih əl-Arurinin öldürülməsinə cavab olaraq İsrail ordusuna aid hərbi bazanın 62 raketlə hədəfə alındığını açıqlayıb.

Livan Hizbullahının verdiyi açıqlamada, yanvarın 2-də Beyrutda HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Salih Əl Arurinin öldürülməsinə "ilk reaksiya" olaraq İsrailin Meron hava bazasına 62 raket atıldığı bildirilib.

Hücumdan sonra İsrailin şimalından siren səsləri eşidilib. Hələlik insan tələfatı və dağıntı ilə bağlı məlumat paylaşılmayıb.

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, Livandan İsrailin şimalındakı Meron dağı bölgəsinə 40-a yaxın raket atıldığı, ordunun məsul olduğu ifadə edilən qrupa qarşı hücum təşkil etdiyi raket hücumu, hava zərbələri ilə Livandakı Hizbullah məntəqələrini hədəfə aldığı ifadə edilib.