Hakimiyyətin son hazırlığı : AŞURA (2-ci hissə)

Din və dindarlıq iki müxtəlif məfhum, lakin birinin digəri ilə birbaşa və yaxın əlaqələri olan terminlərdir. Din insanın maddi və mənəvi aləminə təsir göstərən qanunlar və əxlaqi prinsiplər toplusudur. O təkcə yol göstərmir, eyni halda ruh və ümid verir, düşündürməklə yanaşı bu düşüncənin əməli nəticəsini, həyatı əsaslarını təqdim edir. Praktiki müddüalar tarixin müxtəlif dönəmlərində dinin fərdi insan yetişdirməsindən başlayaraq qüdrətli dövlət qurmaq gücü onun təkcə nəzəriyyə əsaslı olmadığını göstərir. İkinci tərəf olan dindar isə bu qanunların icraçısı olan digər qütbdür. Onun geniş əsaslı bir məktəbdən istifadə edəcəyi qədər olan varlığı dindarlığının sərhəddidir. Bütünlükdə dini qanunlara boyun qoyan şəxs dindarlığın zirvəsinə istiqamətlənən böyük bir qüdrəti ruhuna çəkən varlıqdır ki, bu onda şücaət, cəsarət, ləyaqət və sair dəyərlərin kompleksində özü ilə yanaşı yaşadığı cəmiyyətin xilası üçün səfərbər olmuşdur. Əlbəttə, əksi də müşahidə olunaraq bir çox dini öz maraqlarına vasitə edib dünya həyatının təminatı üçün dünyasını axirətinə dəyişənlər olmuşdur.
Aydındır ki, dindarın dəyişdirlmə, təsirə düşmə və aldanma ehtimalı var. Çünkü o nəzəriyyələrin mənimsəməsində həmişə praktika üçün yardıma ehtiyaclıdır. Yalnız dəqiq struktur, dini əsaslara söykənən, bir sözlə doğruluğuna İlahi aləmin qarantı olan şəxslərin nəzarəti altında olan insanlar istisna yerdə qalan dindar, inanclı hər zaman yanlış addım atma ehtimalı ilə üz-üzədir. İlahi məqamda seçilmiş, qorunma altında olan birinci şəxslər dini termində məsum-günahsız adlandırılır. Bu məsumlar təkcə nəzəriyyənin təqdim və təhlilçisi deyil, eyni halda onu praktikada möhkəmlədən əməli din daşıyıcıları və qoruyucularıdır.
Şiə əqidəsinə görə bu şəxslər 14 nəfərdir. Onlardan birincisi İslam Peyğəmbəri Hz Muhəmməd (s), onun qızı Xanım Zəhra (s.ə.), canişini İmam Əli (ə) və 11 ardıcıl imamlardır. Bütünlükdə yaşayış, davranş, dünya və ölümdən sonrakı həyatın əyani nümunəsi, Quranın əməli təqdimatı bu şəxslərdədir. Əlbəttə, yaşadığı zaman, mühitin tələbinə müvafiq olaraq bu şəxslərin cəmiyyətə mesajlarında qabaran xüsusiyyət onların hər birinə özəllik bəxş edib. Birinin abid, ibadəti, digərinin səxavəti, bir başqasının elmi, digər birinin səbri cəmiyyətdə onların fərqli tərəflərdən tanınmasına səbəb olub. Yalnız bir imam, bir məsum bütün bu katiqoriyalarda daha əhatəli bir tanıtım bucağı, Quranın vəd etdiyi işıqlı insanlığı vərəqləmklə tam insan həyatına aydın bir yol, dəqiq məna verib. Bütün incəlikləri o, elə Quranın yazı üslubu kimi özəl praktiki əsasla edib. Quran yaşam konsepsiyasını hazırlayanda çox incə bir metodu İlahi kitabın əsas sujet xəttinə çevirib. Bu da Quranın Hz Muhəmmədin (s) dünyada olub olmamasından asılı olmayaraq hər bir inanclı üçün işlək olmasıdır. Yəni Quran özü nəzəri əsası sadə dildə təqdim edən İlahi lütfdür. Onu dünyanın istənilən bucağında dinlə əsla tanışlığı olmayan şəxs rahat oxuya, sevə və öz düşüncə tərzinə müvafiq qavraya bilər. İmamın həyatı da elə bir addımlarla insanlığa yaşam konsepsiyası təqdim edir ki, bu nə zaman, nə də başqa şəxsə ehtiyac duyulmadan əbədi yaşasın. Onun ölümsüzlüyü, mütəqilliyi də elə bundadır ki, o hansısa bir fərdə bağlı olaraq yaşamayacaq, onun yaşamağı bir idioloji mübarizənin əsasına söykənib şəxsi deyil, düşüncəni əsarət zəncirindən qoparacaqdır. O bunu üçün çox ağrılı və çətin imtahan sayəsində gerçəkləşdirən bir məktəbin təməlini qurur.
Bütün incəliklərin təqdimatını Quran üslubu təki sadə və aydın nümayiş etdirən İmam yarana biləcək tam şübhələri önləyir. Əməli, bir insanın həqiqi yaradılış nümunəsinə müvafiq həyat tərzinə cavab verən dəqiq kordinasiya çəkərək o, mükəmməl bir məktəb təqdim edir. Bu məktəbdə müəllim olaraq mübarizə meydanında nəzəriyyəni praktikaya çevirən Hüseyn ibn Əli (ə) və onun azadlıq məktəbi Aşuradır!

2-ci hissənin sonu.