Hacı Faiq Nəbiyev Türkiyə Diyanət İşlərinin nümayəndəsi ilə görüşüb

Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin ofisində Şeyx Hacı Faiq Nəbiyev Türkiyənin Gürcüstandakı səfirliyinin din məsələləri üzrə müşaviri, professor Mahmud Göl ilə tanışlıq görüşü keçirib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, şeyx qonağı salamlayıb, təbrikə görə təşəkkür edib və qeyd edib ki, Gürcüstan Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət İşləri “Diyanət” uzun illərdir uğurlu əməkdaşlıq edir və gələcəkdə də iki ölkənin dini qurumları arasında əlaqələr yüksək səviyyədə davam edəcək.

Mahmud Göl Hacı Faiq Nəbiyevi şeyx seçilməsi münasibətilə təbrik edib, ona dini fəaliyyətində uğurlar arzulayıb və gələcəkdə dini sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi arzusunda olduğunu bildirib.

Görüşün sonunda tərəflər xatirə şəkili çəkdirib, qarşılıqlı olaraq simvolik hədiyyələr veriblər.