Ermənistan parlamenti oktyabrın 2-də 64 lehinə səs ilə “Ermənistan və Azərbaycan arasında Sülhün Təsis Edilməsi” haqqında bəyanat qəbul edib.
Çoxluqda olan Vətəndaş Müqaviləsi Partiyasının fraksiyasının rəhbəri Hayk Koncoryan bəyanatı səsləndirərkən avqustun 8-də bağlanmış Vaşinqton razılaşmalarına istinad edərək parlamentin bu prosesləri dəstəklədiyini ifadə edib.
“Nəticə olaraq, Ermənistan Respublikası və Azərbaycan Respublikası ictimaiyyəti, siyasi, ekspert, elmi və mədəni dairələrini, konfliktin simvolu olan və ya onu yenidən formalaşdırmaq və ya gərginləşdirmək məqsədli bəyanat və hərəkətlərdən çəkinməyə çağırır, bu da Cənubi Qafqazın rifahı naminə yaradılmış sülhün davamlılığını və etibarlılığını təmin etmək üçündür", - deyə bəyanatda qeyd olunub.
Bəyanat fövqəladə sessiyada qəbul edilib. İki müxalif fraksiya isə sessiyada iştirak etməyib. Onlar sülh prosesini "saxta gündəm" hesab edirlər.
Avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh bəyanatı imzalanıb.
Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar.
Ermənistan parlamenti “Ermənistan və Azərbaycan arasında Sülhün Təsis Edilməsi” haqqında bəyanat qəbul edib