Düşmən cəbhəsinin xas simalar (seçilmiş adamlar) üçün xüsusi planı var.

Düşmən cəbhəsinin xüsusi insanlar üçün özəl planı var.
Bunu bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ölkənin Hərbi Hava Qüvvələrinin komandirləri ilə hərbi işçilərin çoxsaylı qrupu ilə görüşündə deyib.
"Düşmənin məqsədi odur ki, xas simalar tərəddüd və süründürməçiliklərə qapılıb, dünyanın yağlı və şirinliyinə cəlb olunaraq kritik vəziyyətlərdə və vaxtlarda lazımi işləri sürətlənmədəki rolunu yerinə yetirməsin".
Ayətullah Xamenei bildirib ki, xas simalar dedikdə mənası sadəcə bir ad və məqam sahibi olmaq deyil; bəlkə xalqın bütün təbəqələrində düşüncə, elm və fərasətlə hərəkət edə bilən, kütləyə uymadan öz vəzifəsini qüvvət və cəsarətlə, vaxtında yerinə yetirən şəxslər xas simalardır.
Ali Rəhbər həssas hallarda xas simaların vəzifə və rolunu ağır adlandırıb və qeyd edib ki, xas simalar cəmiyyətin hərəkətinin ümumi istiqamətini qoruyub saxlamalı və bu hərəkətin inhirafa yuvarlanmasına imkan verməməlidir. Əgər bu vəzifəyə etinasız yanaşılarsa, tarixi sarsıntılar gətirəcək hadisələr baş verə bilər.
Ali Rəhbər "Xas simalar bədxahların şübhələrini zərərsizləşdirmək və aydınlatma cihadını yerinə yetirməkdə öhdəlik daşıyırlar" - deyərək bildirib ki, “Qurani-Kərimdə mömin bir insanın rolu haqqında bir misal göstərilmişdir ki, o, üç ilahi peyğəmbəri öldürmək üçün hazırlanan sui-qəsd qarşısında şücaətlə və çəkinmədən xalqı peyğəmbərlərə itaətə dəvət etməklə, öz imanını uca səslə ifadə etdi."
Ayətullah Xamenei, ABŞ-ın sionist rejimə dəstəyi ilə Qəzzədə bəşəri fəlakətlərin baş verməsinə toxunaraq bildirib ki, bu faktın müsəlman xalqların öz hökumətlərindən sionist rejimə qətiyyətli zərbə vurmaq üçün ictimai tələb yaratması məqsədi ilə çatdırılması xas simaların ən önəmli vəzifələrindəndir. "Qətiyyətli zərbə sionist rejimlə müharibə etmək deyil, əksinə, sionist rejimlə iqtisadi əlaqələrin kəsilməsi deməkdir."
 
Maidə.az