Dövlət Komitəsi: Radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir

“Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırılması istiqamətində işlər davam edir”.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, bütün dinlər bunun əksinə sülhə, əmin-amanlığa çağırır.

"Lakin bu cür hallar var və bunların aradan qaldırılmasında maarifləndirmə işlərinin böyük rolu böyükdür”, - o qeyd edib.