“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

"Ölkəmizdəki dini azlıqlara sual verirəm: Azərbaycan tarixində indiyə qədər dini azlıqlara bu cür azadlıq verilib? Şərait yaradılıb? Azadlıq anarxiya demək deyil. Buna gətirib çıxarmamalıdır"- deyə Səyavuş Heydərov dini icmaların nümayəndələrinə müraciət edib.

Daha sonra Səyavuş Heydərov, eləcə də digər çıxışçılar ABŞ Dövlət Departamentində Azərbaycanda dini mövzu ilə bağlı hazırlanmış hesabatın qərəzli və əsassız olduğuna diqqət çəkiblər.

Konfrans ümumi müzakirələrlə davam etdirilib.