23 November 2026

ABŞ Konqresi növbəti dəfə rəsmi Bakını ittiham hədəfinə alıb

ABŞ Konqresində Azərbaycana qarşı növbəti ittiham kampaniyası başlayıb. Noyabrın 18-də Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycanı hədəfə alınıb. Tədbirdə çıxış edənlər Bakını ermənilərə qarşı təzyiqlərdə, dini icmaların sıxışdırılmasında ittiham ediblər.

Fikir ayrılığı COP31-i dayandırıldı

Türkiyənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP31) planlaşdırıldığı kimi başa çatmayıb. Zirvənin təxirə salınmasına səbəb olan amillərdən biri ölkələr arasında fikir ayrılıqlarıdır.

Aydınlıkın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, sammitin sonunda açıqlanacaq yekun qərarlarla bağlı müzakirələr davam edir. Lakin son layihədəki iki vacib dəyişiklik diqqətəlayiqdir.

“Liverpul” “Mançester Yunayted”i darmadağın etdi

“Liverpul” İngiltərə çempionatının 11-ci turunda doğma meydanda “Mançester Yunayted”i 4:0 hesabı ilə məğlub edib. Qarşılaşma “Enfild” stadionunda keçirilib.

Qolları Dominik Soboslai (10-cu dəqiqə), Florian Virts (13), Rio Nqumoha (66) və Viktor Munyos (82) vurublar.

Matçın 8-ci dəqiqəsində qonaq komandanın futbolçusu Leni Yoro meydandan qovulub.

Şeyx Əli əl-Xətib Aunun müqavimətlə bağlı ittihamlarına cavab verib

Livan Ali Şiə Şurasının vitse-prezidenti Şeyx Əli əl-Xətib, prezident Cozef Aunun müqavimətə və İrana qarşı ittihamlarının ölkədə daha da bölünməyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Prezidentin bütün Livanlıları təmsil etdiyini bildirən Xətib, bu vəzifənin cəmiyyəti bir araya gətirməyi tələb etdiyini söyləyib.

Rusiyanın zərbəsi nəticəsində Kiyev vilayətində dağılmış binada ölənlərin sayı on nəfərə çatıb

Dünən Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Dımer şəhərində dağılmış çoxmərtəbəli binada ölənlərin sayı on nəfərə çatıb.

Bu barədə Kiyev vilayəti administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, xilasetmə işləri gecə boyu davam edib, ölənlərin sayı on nəfərdir. Dağıntılar altından bir qadın xilas edilib.

Hazırda xilasetmə işləri davam edir.

“Cavid Güləliyevi – bu manyakı dayandırın! Onun səlahiyyət sahibi olduğu yerdə heç kim təhlükəsizlikdə deyil. Dəhşətli hadisələrin qarşısını alın!”

Həbsdə olan jurnalist Fatimə Mövlamlı Bakı İstintaq Təcridxanasından göndərdiyi məktubda noyabrın 20–21-də qadın məhbuslara qarşı zorakılıq və təhdidlərin olduğunu yazır.

Onun sözlərinə görə, “hicaba azadlıq” aksiyalarından sonra həbs edilən Nübar Həsənova və Nərgizxanım Məmmədovanın Lənkəran Penitensiar Kompleksinə köçürülməsi zamanı qadınlar kameralarından zorla çıxarılıb. Buna etiraz edən digər qadın məhbuslar isə oturaq aksiya keçiriblər.