22 November 2026

Aytac Tapdıq və Ülviyyə Əli Qadın Hüquq Müdüdafiəçilərinin Beynəlxalq Koalisiyası kampaniyasına daxil edilib

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq və Ülviyyə Əli (Quliyeva) Qadın Hüquq Müdüdafiəçilərinin Beynəlxalq Koalisiyasının 2026-cı il kampaniyasına daxil edilib.

Koalisiya noyabrın 16-da “Spreading the Echo” (“Sədaların yayılması”) adlı kampaniyanı elan edib. Təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə hüquq müdafiə fəaliyyətlərinə görə həbs olunduğu bildirilən 30 qadının hekayəsi ictimailəşdirilir.

Heç kimin bütöv bir elin şərəf və ləyaqətini təhqir etmək hüququ yoxdur

"Özünü politoloq kimi təqdim edən bir şəxsin Borçalı elinin ünvanına səsləndirdiyi ifadələr, ilk növbədə, onun siyasi düşüncə mədəniyyəti, tarixi hadisələrə yanaşması və ictimai məsuliyyət anlayışı barədə ciddi suallar doğurur. Siyasətçi olmaq iddiasında olan şəxs anlamalıdır ki, siyasi təhlil emosional ittihamlardan, şəxsi qərəzdən və bütöv bir xalqı hədəfə almaqdan ibarət deyil. Politoloqun əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq, faktlara əsaslanmaq və obyektiv mövqe ortaya qoymaqdır.

Türkiyənin xarici işlər naziri İsrailin Suriyaya qarşı yeni hərbi əməliyyata başlaya biləcəyini deyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail ordusunun Suriyaya qarşı yeni hərbi əməliyyata başlaması ehtimalının olduğunu deyib. Nazir bu barədə “TGRT Haber” telekanalına müsahibəsində danışıb.

“İsrail ordusunun Suriyaya qarşı hərbi əməliyyata başlayacağı bir ssenari mövcuddur. Biz və regiondakı müttəfiqlərimiz bu barədə amerikalılara və avropalılara xəbərdarlıq edirik”, - Fidan deyib.

“Qalatasaray” “Samsunspor”u məğlub etdi

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.

“Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.

SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin Ər-Rifa və Əvali şəhərlərindəki bazalarının raket və dronlarla hədəf alındığını açıqlayıb.

"Tasnim" agentliyi xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ dronlarının İranın hava məkanını pozmasından sonra bu ölkənin sözügedən bazalardakı "Patriot" hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar SEPAH-ın Aerokosmik Qüvvələrinin hücumuna məruz qalıb.

“Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”

Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.

Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub.