İsrail ordusu Livanın cənubunu intensiv atəşə tutub
İsrail qüvvələri Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə hava və qurudan zərbələr endirib.
Bu gün (şənbə) sübh saatlarında işğalçı qüvvələr hərbi texnikanın Bəraşit qəsəbəsinin kənarlarına doğru hərəkəti ilə paralel olaraq, yaşayış məntəqəsi istiqamətində pulemyotlardan intensiv atəş açıblar. Həmçinin, İsrail ordusu Əl-Xiyam şəhərinin ətrafında güclü partlayış törədib.













