15 October 2026

İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidə yanğın baş verən daha bir tankerin aşkarlandığını açıqlayıb.

İran HDQ-nin müşahidə qrupları bir neçə saat əvvəl Hörmüz boğazının şərqində patrul və nəzarət fəaliyyəti zamanı qayda pozan tankeri müəyyən ediblər.

İran ordusunun məlumatına görə, tanker izləmə sistemlərini söndürərək, Oman dənizindəki qadağan olunmuş ərazidən keçməyə cəhd edib.

İsrail prezidentinin çıxışını 10-dan çox ölkənin nümayəndələri boykot edib

Azərbaycanda səfərdə olan İsrail prezidenti İsak Hersoqun çıxışını 10-dan çox ölkənin nümayəndələri boykot edib.

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci zirvə görüşündə iştirak edən Hersoq çıxışına başlayarkən 13 ölkənin nümayəndələri zalı tərk edib.

Məktəb divarına “Hicaba azadlıq!” şüarı yazdığı üçün ata və oğul inzibati cəzalanıb

Abşeron rayonunun Məhəmmədli kəndində məktəb hasarına “Hicaba azadlıq!” şüarı yazdığı üçün saxlanılan Rafael Hüseynzadə və onun atası Füzuli Hüseynov barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, oktyabrın 14-də Abşeron Rayon Məhkəməsində 1998-ci il təvəllüdlü Rafael Füzuli oğlu Hüseynzadənin işinə baxılıb. Məhkəmə onun 30 sutka müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.

"Novaya Qazeta"nın baş redaktorunun evində axtarış aparılır

"Novaya Qazeta" qəzetinin baş redaktoru Sergey Sokolovun evində axtarış aparılır.

Bu barədə qəzetin redaksiyası məlumat yayıb.

Bildirilib ki, axtarışdan sonra Sokolov İstintaq Komitəsinə aparılıb.

Qeyd olunub ki, "Novaya Qazeta"nın baş redaktoru Sergey Sokolovla əlaqə 15 oktyabrda saat 12:00 radələrində, Moskva ofisində keçirməsi planlaşdırılan redaksiya iclasından bir az əvvəl kəsilib, onun telefonları söndürülüb.

Məktəblərdə hicab qadağasına etiraz edən AXCP üzvü və qızına cinayət işi açıldığı deyilir

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəsimi Rayon Şöbəsinin üzvü Mətanət Turan və qızı Nəzrin Mahmarzayeva barəsində cinayət işi açıldığı bildirilir.

AXCP üzvü Gülnarə Rəhimova “Toplum TV”yə bildirib ki, onlar hicablı şagird və müəllimlərə dəstək məqsədilə məktəblərin qarşısına gedib, etirazlarını dinc şəkildə ifadə ediblər.

Hacı Faiq Nəbiyev: “Dini inanclarla təhsil hüququ arasında seçim edilməməlidir”

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ilə bağlı məsələnin həssas və anlayışlı yanaşma ilə həllini tapmasının vacibliyini vurğulayıb.

O bildirib ki, dini inancların yaşadılması ilə təhsil almaq bir-birinə mane olmamalıdır. Hacı Faiq Nəbiyev dini icmaların, valideynlərin, təhsil nümayəndələrinin və ictimaiyyətin fikirlərinə diqqətlə yanaşılmasının ortaq anlaşmaya kömək edə biləcəyini qeyd edib.

Özgür Özel Halk TV barəsində açıqlama verib: "Çox, çox kritik bir nöqtədəyik"

Özgür Özel, İdarə Heyətinin sədri Cəfər Mahiroğluna qarşı istintaqla əlaqədar Halk TV-yə qəyyum təyin edilməsinə reaksiya verib.

Partiyanın yeni lideri Özgür Özel, bu səhər qəyyum təyin edildikdən sonra axşam saatlarında Halk TV xəbər mərkəzinə baş çəkərək həmrəylik nümayiş etdirib.

Orada açıqlama verən Özel, İdarə Heyətinin sədri Cəfər Mahiroğluna qarşı istintaqla əlaqədar Halk TV-yə qəyyum təyin edilməsinə reaksiya verib.

"Real"dan fantastik geridönüş

UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində “Roma” ilə “Real Madrid” arasında keçirilən qarşılaşma turun ən dramatik oyunlarından biri olub. Meydan sahibləri oyunun gedişində 3:1 hesabı ilə önə keçərək qələbəyə yaxınlaşsalar da, Madrid təmsilçisi sonadək mübarizəni dayandırmayıb.

Hakimiyyət o günə qalıb ki, mövqeyini manıslar müdafiə etsin?

Ölkədə hicablı qızların təhsil müəssisələrinə girişinə qoyulan qadağanın əhatəsi getdikcə genişlənir. Hicablı şagirdlər və onların valideynləri ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrindən olan çoxsaylı insanlar da bu addımı qınayırlar.

Orta məktəblərdə vahid məktəbli geyimi qaydalarına istinad edilərək dini geyim elementlərinin qadağan olunması faktiki olaraq məktəb qapılarının hicablı qızların üzünə bağlanmasına səbəb olur.

İnanclı xanımların növbəti məhkəmə iclası keçirilib

Oktyabrın 14-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində altı inanclı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlərin iştirak edəcəyi gözlənilsə də, onların heç biri məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə iclası bir neçə dəqiqə ərzində yekunlaşıb.

Məhkəmə zalına daxil olan inanclı xanımlar “Hicaba azadlıq!” şüarı səsləndiriblər. Qısa müddət ərzində onlar bir daha ölkənin orta məktəblərində hicablı qızların dərslərdə iştirakına yaradılan maneələrə diqqət çəkiblər.