09 September 2026

ABŞ sentyabrın 29-dan bir sıra Kanada mallarının tədarükünü qadağan edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan etibarən bəzi spirtli içki, süd məhsulları və motosiklet növləri də daxil olmaqla, Kanada mallarının bir hissəsinin Birləşmiş Ştatlara tədarükünü qadağan etmək barədə qərar qəbul edib.

Bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə bildirilib.

Qeyd olunub ki, tədbirlər Kanada tərəfinin ticarət sahəsindəki "ayrı-seçkilik" səbəbindən qəbul edilib.

Böyük Britaniya və Fransa da daxil olmaqla on bir Avropa ölkəsi İsrail yaşayış məntəqələrinə sanksiyalar tətbiq edir

Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband Qərb Sahilində İsrailin qanunsuz yaşayış məntəqələri tərəfindən satılan məhsulların idxalına qadağa qoyulduğunu elan edib. İsrail həmçinin Qüdsdəki Britaniya konsulluğunu bağlayıb.

Böyük Britaniya və Fransa çərşənbə axşamı işğal olunmuş Qərb Sahilində fələstinlilərə qarşı köçkün hücumlarının artması və vəziyyətin "sürətlə pisləşməsi" səbəbindən İsrail yaşayış məntəqələrinə qarşı yeni ticarət sanksiyaları elan edən 12 ölkə arasında olub.

İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı

İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) yəhudi təqvimi ilə qeyd olunan payız bayramları ərəfəsində ölkə vətəndaşlarının xaricə səfərləri ilə bağlı yenilənmiş xəbərdarlıq yayıb.

İsrail mediasına istinadən xəbər verir ki, MTŞ-nin xəbərdarlığında İran, “Hizbullah” və HƏMAS-la davam edən qarşıdurma fonunda xaricdə israillilər və yəhudilər üçün mövcud riskləri dəyərləndirib.

Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 1-ci hissə

Son günlər sosial şəbəkələrdə Qəbələdə “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırovun döyülməsi ətrafında yaranan müzakirə əslində bir nəfərin döyülməsi hadisəsindən daha böyük məsələni gündəmə gətirib. Söhbət təkcə ateist mövqedə olan bir şəxslə dindar insanlar arasındakı qarşıdurmadan getmir. Qarşımızda daha təhlükəli bir mənzərə var, cəmiyyət fikir ayrılıqlarını hansı vasitələrlə həll etməyə başlayır?

İran münaqişə başlayandan ABŞ bazalarına ən irimiqyaslı hücumu həyata keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) texniki xidmət və qırıcıların hazırlanması üçün nəzərdə tutulan anqarlara, F-35, F-16 və F-15 qırıcılarının yerləşdiyi ərazilərə, həmçinin təyyarə sığınacaqlarına 25-40 ballistik raket atıb.

Zərbələri zərərsizləşdirmək üçün İordaniya və ABŞ HHM sistemləri 60-dan çox “Patriot” raketi buraxıb.

Lakin yayılan görüntülərə əsasən, İran raketləri müdafiəni yarmağa nail olub.

“Məcbur qalsam digər barmaqlarımı da kəsəcəm...”

12 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən məhbus Orxan Əliyev düşdüyü çarəsiz vəziyyətdən yazıb. O, Bakı şəhəri Nizami rayonu 24 - cü polis bölməsinin əməliyyatçıları tərəfindən təzyiqə məruz qalaraq etmədiyi cinayəti üzərinə götürməyə məcbur edildiyini bildirir. Orxan buna etiraz olaraq barmağını belə kəsdiyini yazıb. Əgər təzyiqlər davam edərsə daha sərt addımlar atacağını bildirən məhbus əlaqədar təşkilatlardan, hüquq insitutlarından ona kömək göstərməsini xahiş edir.