22 August 2026

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bakının ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.

Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupundakı ilk oyununda Portuqaliya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı növbəti oyununu avqustun 23-də eyni məkanda İspaniyaya qarşı keçirəcək.

İsrail Cənubi Livana fosfor bombaları ilə hücum edib

Livan xəbər agentliyi İsrailin Livanın cənubundakı Nəbatiyyəyə hücumlarında ağ fosfor tərkibli sursatlardan istifadə etdiyini bildirib.

Livan xəbər agentliyi İsrailin Livanın cənubundakı Nəbatiyyəyə hücumlarında fosfor tərkibli bombalardan istifadə etdiyini bildirib.

Həmçinin İsrail qüvvələrinin Livanın cənubunun müxtəlif ərazilərində mülki evləri partlatmaq və dağıtmaq üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdiyi bildirilib.

Siyasətlə ordu arasında qarşıdurma: İsrail Baş Qərargahı yeni müharibəyə qarşı çıxır

İsrail hərbi dairələrində Baş nazir Binyamin Netanyahunun ölkədə nəzərdə tutulan seçkiləri təxirə salmaq və ya ləğv etmək məqsədilə cəbhədəki hərbi əməliyyatları qəsdən uzada biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaranıb.

Bu barədə İsrailin "Maariv" qəzeti 13-cü kanalın hərbi icmalçısı Alon Ben Devidin təhlilinə istinadən məlumat yayıb.

Daha bir Türkiyə gəmisi vuruldu - İtkin düşən var

Qara dənizdə Türkiyənin Akkon Lines şirkəti tərəfindən idarə olunan M/V RMS TEAM gəmisinə pilotsuz təyyarə hücum edib.

Hücumdan sonra gəmidə böyükhəcmli yanğın baş verib.

Yaxınlıqdakı başqa bir gəmi təcili yardım çağırışına cavab verərək 11 heyət üzvünü xilas edib. Daha bir dənizçi itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Ayətullah Sistaninin dəftərxanasında şəhid liderin anım mərasimi

Ali təqlid müctəhidi Ayətullah Seyid Sistaninin Qumdakı dəftərxanasında şəhid liderin anım mərasimi keçirilib.

Mərasim Ayətullah Xameneinin dəfn edilmməsinin 40-cı günü münasibətilə təşkil olunub.

Tədbirdə qonaqları böyük mərcə Ayətullah Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani qarşılayıb.

Mərasimdə çox tanınmış ruhanilərin iştirakı diqqət çəkib.

İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib

İran hökuməti İraqın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib.

Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın İraqa səfəri zamanı Bağdadın əsas xahişlərindən biri İraq tankerləri üçün xüsusi icazənin alınması olub.

Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir

Dəniz məlumatları üzrə ixtisaslaşmış bir nəşr olan Lloyd's List, Yəmənin Ər-Riyada tətbiq etdiyi dəniz blokadasından sonra Səudiyyə Ərəbistanının Yanbu Limanına yönləndirilən tankerlərin sayının azaldığını bildirib.

Nəşr əvvəllər Yəmənin dəniz blokadası elan etməsindən sonra Səudiyyə Ərəbistanının Yanbu Limanı yaxınlığında ən azı 11 tankerin izləmə sistemlərini söndürdüyünü bildirmişdi.

Baxçalı İsrailə xəbərdarlıq etdi: Türkiyənin səbrini sınamağı dayandırın

MHP lideri Dövlət Baxçalı İsrailin Suriyaya hücumuna reaksiya verərək, regional təhlükəsizlik üçün "Qüds Paktı", "İslam Sülh Qüvvələri" və beynəlxalq atəşkəs müşahidə missiyasının yaradılmasını əhatə edən yeddi maddəlik təklif təqdim edib.

Türkiyənin hakim koalisiya tərəfdaşı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, İsrailin Suriyaya hücumlarının və bölgədəki siyasətinin Türkiyənin təhlükəsizlik maraqlarını təhdid etdiyini və İsrailə güclü mesajlar göndərdiyini bildirib.

Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”

Türkiyənin Yeni Partiyasının sədri Özgür Özəl İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı mövqeyinə sərt reaksiya verib.

Özgür Özəl İsraildə qarşıdakı günlərdə keçiriləcək seçkilərə diqqət çəkərək Netanyahunun Ərdoğanla süni qarşıdurma yaradaraq bundan daxili siyasətdə öz mövqeyini gücləndirmək üçün istifadə etməyə çalışdığını bildirib.

“Mazlum Der”in prezidenti Kartal “Furkan Fondu”na qarşı əməliyyatı sərt tənqid etdi

Mazlum Derin prezidenti Kaya Kartal Furkan Fonduna qarşı əməliyyatı sərt tənqid edərək, bunu icra hakimiyyətinin məhkəmə sisteminə müdaxiləsi kimi xarakterizə edib.

Mazlum Der prezidenti Kaya Kartal Furkan Fonduna qarşı əməliyyatı icra hakimiyyətinin məhkəmə sisteminə müdaxiləsi kimi qiymətləndirib.

Kartal belə bir mühitdə heç kimin təhlükəsiz olmadığı mesajını çatdırıb.

Azərbaycanla İran arasında ticarət dövriyyəsində artım qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 360,2 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin  hesablamasına əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 6,7 milyon ABŞ dolları və ya 1,9% çoxdur.

Ukrayna PUA-ları Rusiyada “Ozon”un logistika mərkəzinə zərbə endirib

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib.

Bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatlarının zərbəsindən sonra logistika kompleksinin ərazisində güclü yanğın başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən yanğını əks etdirən görüntülər də yayılıb.